"Zeytun budağı" ƏN KRİTİK MƏRHƏLƏSİNDƏ - Bombardman başladı
Bizi izləyin

Dünya

"Zeytun budağı" ƏN KRİTİK MƏRHƏLƏSİNDƏ - Bombardman başladı

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu tərəfindən Suriyadakı terrorçulara qarşı həyata keçirilən “Zeytun budağı” hərəkatı 36-cı günündə uğurla davam edir.

Publika.az xəbər verir ki, Cinderes bölgəsindəki terrorçu mövqeləri türk helikopterləri tərəfindən gecə boyunca bombardman altında saxlanılıb. Qırıcı təyyarələr isə Məbədli və Şərandakı hədəfləri məhv edib.

Afrin şəhərinin şərqindəki Təl Rüfət bölgəsindən YPG-li terrorçular geri çəkilib və Bəşər Əsədin qüvvələri həmin bölgəyə daxil olub.

Hərəkatın ehtimal olunan ən kritik mərhələsi rejim ilə PKK-nın ortaq nəzarətində olan Təl Rüfət bölgəsinin və Hələb-Afrin marşrutunun ələ keçirilməsi olacaq. TSQ artıq bu bölgələri mühasirəyə almağa və təzyiq göstərməyə başlayıb.

TSQ və ASO hərəkat çərçivəsində bu günədək YPG/PKK-İŞİD-n işğalı altında olan Afrində 73 kənd, 20 strateji dağ və təpə, YPG/PKK-ya aid 1 hərbi baza olmaqla, 101 nöqtəni terrorçulardan təmizləyib. 1873 terrorçu zərərsizləşdirilib.

Hesablamalara görə, sərhədin tamamilə təhlükəsiz hala gətirilməsinə şimaldan 7, qərbdən 7,8 km məsafə qalıb.

Hərəkatda dinc sakinlərin zərər görməməsi üçün xüsusi həssaslıq göstərilir. Terror təşkilatlarından təmizlənən yaşayış yerlərində xalq evlərinə geri qaytımağa başlayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm