Siyasətçiləri əyləndirən qadın əsgərlər haqqında ŞOK İDDİA - "Elit təbəqə ilə bir gecəlik..."
Bizi izləyin

Dünya

Siyasətçiləri əyləndirən qadın əsgərlər haqqında ŞOK İDDİA - "Elit təbəqə ilə bir gecəlik..."

Dünya mediası Şimali Koreyanın “Gözəllər ordusu” ilə bağlı şok ittihamlar yayımlayıb. Məlumata görə, bu məlumatları bir zamanlar həmin ordunun əsgəri olmuş xanımlardan biri verib.

Publika.az xəbər verir ki, qalmaqallı yazıda Şimali Koreyanın “Gözəllər ordusu”nda xidmət etmiş hərbçi Lee So Yeonun adı hallanır. 2008-ci ildə ordudan qaçmağa müvəffəq olan hərbçi qadın ordunun daxilində baş verən biabırçılıqlar haqqında jurnalistlərə məlumat sızdırıb. O, bildirib ki, idman yarışları zamanı öz komandalarını alqışlayan və azarkeşlərin diqqətini çəkən “Gözəllər ordusu”nun üzvləri bir gecəlik ölkə rəhbərlərinə "hədiyyə" kimi göndəriliblər. Onların seks köləsi kimi istifadə edildiyini deyən Lee So Yeon hazırda həyati təhlükədə olduğunu da vurğulayıb.

Lee So Yeon deyib ki, Qış Olimpiadası zamanı böyuk marağa səbəb olan Şimali Koreyaya məxsus “Gözəllər ordusu” ölkədə siyasi elitanın kef məclislərini bəzəyir.

Bu qızlar hər gün gecə məclisinə aparılaraq səhərə qədər vəzifəli şəxslərə intim xidmətlər verirlər. Siyasi partiya rəhbərləri isə içki süfrəsində onlarla kobud davranaraq, təcavüz edirlər. Lee So Yeon deyir ki, Şimali Koreyada qadınların bütün haqları təhqir edilir:

“Ölkədə qadınlara dəyər verilmir. Bu mövzuda dünya ölkələrindən çox geridə qalırıq. Vəziyyət dəhşətlidir. Qış olimpiadasında Şimali Koreyadan gələnlərin ilkin görünüşü gözdən pərdə asmaq üçündür. Əslində həqiqətlər tamamilə başqadır".

Lee So Yeonun sözlərinə görə, təkcə “Gözəllər ordusu”nda təmsil edilən qızlar yox, idmançılar da Şimali Koreya lideri Kim Yonqun seks kölələridir:

“Bu orduda xidmət edən qızlar asanlıqla seçilmir. Onlar “Gözəllər ordusu” üçün yaradılan xüsusi prosedurdan keçirlər. Onlara bu xidmətlərin müqabilində heç bir əmək haqqı verilmir. Günün 24 saatı siyasətçilərin, elit təbəqənin ətrafında olurlar. Ən kiçik səhvləri belə bağışlanmır və dərhal həbsxanaya göndərilirlər. Daha ciddi səhvlərin cəzası isə ölümdür".

İdmançıların durumunun bir qədər fərqli olduğunu deyən Lee So Yeon əlavə edib ki, onlar daim nəzarətdə saxlanır, qaçmaq şansları qətiyyən olmur. Ani bir cəhd etsələr və bu üzə çıxsa, onları işgəncələrlə dolu hücrələrə salırlar.

Qeyd edək ki, Şimali Koreyanın “Gözəllər ordusu” Cənubi Koreyada keçirilən Qış Olimpiya yarışlarında geyimləri və davranışları ilə həddən artıq diqqəti cəlb edib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm