Demokratiya oyunu: Əsəd yenidən prezident oldu - VİDEO
Bizi izləyin

Dünya

Demokratiya oyunu: Əsəd yenidən prezident oldu - VİDEO

Bəşər Əsəd 88,7% səs yığaraq Suriyada keçirilən prezident seçkilərində qalib gəlib.

Bəşər Əsəd 88,7% səs yığaraq Suriyada keçirilən prezident seçkilərində qalib gəlib.

Bəşər Əsəd səslərin hesablanmasından sonra Suriyada prezident seçkisində tam qələbə qazanıb.

Əsədin qələbəsi haqda məlumatı Suriya parlamentinin sədri Məhəmməd Alyaxam xəbər verib.

Parlamentin spikeri bildirib ki, qüvvədə olan dövlət başçısı üçün 88,7% (10,2 milyon insan) səs verilib.

Suriya Mərkəzi Seçki Komissiyasının rəsmi nümayəndəsi Məcid Xadra prezident seçkilərində iştirak etmənin isə 73,42% olduğunu deyib.

Qeyd edək ki, Suriyada keçirilən prezident seçkisi üçün təyin edilən vaxt 5 saat artırıldığından ötən gün gecə saatlarınadək verilən səslərin sayılma prosesi davam etmişdi.

Hökümətlə atəşkəs razılaşmasından sonra yüzlərlə üsyançının tərk etdiyi Suriyanın 3-cü ən iri şəhəri olan Homsda da Bəşərə Əsədin namizədliyini dəstəkləyənlər seçki məntəqələrinin qarşısında uzun növbələr yaradıb. Seçki prosesinə etirazını bildirən üsyançılar müxtəlif bölgələri havadan bombalayıb. Xeyli sakin əşyalarını toplayaraq, iri yük maşınlarında şəhər hüdudlarını tərk edib.

Hələbdə çəkilmiş həvəskar görüntüdə isə helikopterin məscid yaxınlığında yerə mərmilər buraxdığını da görmək olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm