Türk ordusunun son zəfəri: Afrinin xəritəsi dəyişdi - FOTOLAR
Bizi izləyin

Dünya

Türk ordusunun son zəfəri: Afrinin xəritəsi dəyişdi - FOTOLAR

Türkiyə Silahlı Qüvvələrinin Afrində terrorçulardan azad etdiyi son 5 kənd strateji cəhətdən kritik önəmə sahib olub.

Axar.az xəbər verir ki, son azad edilən kəndlərlə birlikdə türk ordusu şimaldakı cəbhələri birləşdirib.

Beləliklə daha bir istiqamətdə terrorçuların Türkiyə sərhədi ilə əlaqəsi kəsilib. Bununla da eyni zamanda Racu-Bülbül xətti birləşdirilib.

Qeyd edək ki, terrorçuların əlində Türkiyə sərhədi ilə əlaqəsi olan yalnız 5 kilometrlik bir sərhəd xətti qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm