ABŞ Rusiyaya qarşı yenə də tək qaldı
Bizi izləyin

Dünya

ABŞ Rusiyaya qarşı yenə də tək qaldı

ABŞ Rusiyaya qarşı yenə də tək qaldı

Belçikanın paytaxtı Brüsselə toplaşan “Böyük yeddilik” (G7) ölkələri Rusiyaya qarşı sanksiyaların qəbulunu təxirə saldılar.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Almaniya kansleri Angela Merkel G7 liderlərinin keçirdiyi mətbuat konfransında deyib.

Bununla belə, Ukraynada vəziyyətin daha da pisləşəcəyi halda sanksiyaların qəbulu istisna edilmir.

“Qərb Ukraynanın şərqində vəziyyətin inkişafını daim izləyir. Biz Ukraynada vəziyyətin daha da gərginləşməsinə icazə verə bilmirik. Əgər biz bu məsələdə irəliləyiş görməsək, daha sərt sanksiyaların tətbiqi üçün düyməyə basılacaq. Biz Normandiyada Rusiya Federasiyası prezidenti ilə qarşıdakı görüşdə ona Ukraynada vəziyyətin normallaşdırılmasının vacibliyi haqqında siqnal göndərmək niyyətindəyik. Əgər bu mümkün olmazsa, gələcəkdə sanksiyaların üçüncü mərhələsinin tətbiqi imkanını yenidən müzakirə edəcəyik”,– A.Merkel bildirib.

Fransa prezidenti Fransua Olland isə söyləyib ki, “Mistral” hərbi gəmilərinin Rusiyaya çatdırılması məhz yeni sanksiyalarla bağlıdır: “Fransa öz müqaviləsini yerinə yetirəcək. Biz gəmilərin vaxtında Rusiyaya çatdırılmaması üçün əsas görmürük. Ümumavropa iqtisadi sanksiyaların qəbul ediləcəyi halda isə bir başqa vəziyyət yaranacaq. Amma digər halda Fransa öz öhdəliklərini yerinə yetirəcək”.

Xatırladaq ki, G7 sammiti Belçika paytaxtında dünən başlayıb. G7 sammiti 17 il ərzində ilk dəfədir ki, Rusiyasız keçirilir. G8 formatında sammit Soçidə keçirilməli olsa da Krımdakı referendumdan sonra “yeddilər” Soçiyə getməkdən imtina etdilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm