Ukraynada antiterror əməliyyatlarında yeni texnika
Bizi izləyin

Dünya

Ukraynada antiterror əməliyyatlarında yeni texnika

Ukraynada antiterror əməliyyatlarında yeni texnika

Ukraynanın şərqində aparılan antiterror əməliyyatlarına müasir yerli zirehli texnika cəlb ediləcək.

Publika.az-ın verdiyi xəbərə görə, daxili qoşunlar və Müdafiə Nazirliyi yüzlərlə “Dozor” yüngül zirehli avtomobil sifariş verib.

Daxili işlər naziri Arsen Avakov “facebook” səhifəsində antiterror əməliyyat qrupunun Ukrayna istehsalı olan çoxməqsədli “Dozor” avtomobillərindən istifadə etməyə hazırlaşdığını bildirib. O qeyd edib ki, “Dozor”lardan ağır texnikanın işləyə bilmədiyi ərazilərdə istifadə ediləcək.

Yüngül zirehli “Dozor” həm gecə, həm də gündüz 2 kilometrə qədər məsafədə yerləşən hədəfi vura bilir.

Ölkənin şərqindəki vəziyyətə gəlincə, Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Dmitri Tımçuk “facebook” səhifəsində ötən günlərlə müqayisədə dünənki gecənin nisbətən sakit keçdiyini yazıb. Yalnız Luqansk vilayətində terrorçular Ukrayna hərbçilərinin iki blokpostunu atəşə tutub. Heç bir tərəfdən itkinin olmadığı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm