Putindən dünyanı silkələyən BƏYANAT: “Elə bir silah hazırlayırıq ki…” - VİDEO
Bizi izləyin

Dünya

Putindən dünyanı silkələyən BƏYANAT: “Elə bir silah hazırlayırıq ki…” - VİDEO

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Federasiya Şurasına illik müraciətində rəqiblərini qorxuya salan bəyanatla diqqətdə qalıb.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, Putin dünyanın hər yerini vura biləcək böyük bir nüvə silahı hazırladıqlarını deyib.

Rusiya prezidentinin çıxışının gedişatında ilk dəfə “Sarmat” raket kompleksinin sınaqlarının kadrları göstərilib. Dövlət başçısı bu kompleksin sınaqlarının başlandığını elan edib.

“Heç bir, hətta perspektivli raket hücumundan müdafiə sistemləri “Sarmat” raket kompleksi üçün maneə deyil”, - Putin vurğulayıb.

Putin qeyd edib ki, raket əleyhinə müdafiə üzrə müqavilədən ABŞ-ın çıxışına cavab olaraq Rusiya ən yeni raket sistemlərini yaradır. Onun sözlərinə görə, yüksək dəqiqlikli hipersəsli aviasiya raket kompleksinin yaradılması müasir sistemlərin hazırlamasında ən əhəmiyyətli mərhələdir.

Vladimir Putin bildirdi ki, Rusiya hipersəsli silahına malikdir.

"Elmi potensialın yüksək səviyyəsi olan bütün ölkələr hipersəsli silahı fəal hazırlayır. Rusiyada belə silah artıq var", - dövlət başçısı bildirib.

Qeyd edək ki, “Sarmat” ağır qitələrarası ballistik raketlə təchiz edilən perspektivli strateji raket kompleksidir. O, SSRİ istehsalı “Voyevod” R-36M2 komplekslərini əvəz edəcək. “Sarmat” raketinin xarakteristikaları açıqlanmayıb, amma, bəzi məlumatlara görə, onun uçuşunun maksimal uzaqlığı 16 min kilometr təşkil edir, faydalı yüklənmə isə təxminən 10 tondur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm