Putin Krımdan danışdı – “Bağışlayın, başqa cür hərəkət edə bilməzdik”
Bizi izləyin

Dünya

Putin Krımdan danışdı – “Bağışlayın, başqa cür hərəkət edə bilməzdik”

Putin Krımdan danışdı – “Bağışlayın, başqa çür hərəkət edə bilməzdik”

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ukraynanın Krım Muxtar Respublikasının zəbt edilməsinin səbəbini açıqlayıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, V.Putin Fransanın “Avropa-1” telekanalına müsahibəsində Krımın Ukraynanın tərkibində Şimali Atlantik İttifaqının (NATO) bir hissəsi olmaq təhlükəsi ilə qarşılaşdığını bildirib.

Rusiya prezidenti deyib ki, Moskva Krımın Şimali Atlantika İttifaqının tərkibinə daxil olmasına icazə verə bilməzdi. V.Putinin fikrincə, Ukraynada hakimiyyət dəyişikliyindən sonra bu çox real görünürdü. “Bu şəraitdə icazə verə bilməzdik ki, əhalisi, əsasən, etnik ruslar olan tarixi Rusiya torpağı Şimali Atlantika İttifaqına daxil olsun. Krım sakinlərinin özləri də Rusiyanın bir hissəsi olmaq istəyirdi. Məni bağışlayın, biz başqa çür hərəkət edə bilməzdik”.

Müsahibə zamanı V.Putin “Rusiya qoşunları Krımı zəbt etdi” deyən jurnalistin sözlərinə düzəliş edib: “Bu, yanlış fikirdir ki, Rusiya qoşunları Krımı zəbt edib. Rusiya qoşunları heç bir yeri zəbt etməyib. Rusiya qoşunları mövcud beynəlxalq müqaviləyə uyğun olaraq Krımda yerləşirdi. Krım sakinləri isə öz iradəsi ilə Rusiyaya qoşulmaq üçün referendum keçirdilər”.

O həmçinin əlavə etdi ki, Ukrayna hesabına NATO-nun Rusiyanın sərhədlərinə mümkün yaxınlaşmasından narahatdır: “Deyək ki, Ukrayna NATO-ya qoşulur və hərbi infrastruktur Rusiya sərhədlərinə daha da yaxınlaşır. Biz buna laqeyd ola bilmərik”.

Qeyd edək ki, V.Putin İkinci Dünya müharibəsi dövründə müttəfiq qoşunlarının Normandiyaya çıxarılmasının 70-ci ildönümü münasibəti ilə keçirilən tədbirlərdə iştirak etmək üçün Fransaya gedib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm