Kiyev ölkənin şərqinə yeni qüvvələr göndərir – Video
Bizi izləyin

Dünya

Kiyev ölkənin şərqinə yeni qüvvələr göndərir – Video

Kiyev ölkənin şərqinə yeni qüvvələr göndərir – Video

Antiterror əməliyyatlarının aparıldığı Ukraynanın şərqinə tezliklə Milli Qvardiyanın üçüncü batalyonu göndəriləcək.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə “Donetsk” batalyonunun komandiri Semyon Semençenko bildirib.

“Milli Qvardiyanın üçüncü batalyonu yaxın vaxtlarda antiterror əməliyyatlarının aparıldığı zonaya gələcək. Terrorçulara qarşı əməliyyatların tempi sürətlə artır”,– batalyon komandiri Daxili İşlər Nazirliyinin saytına açıqlamasında deyib.

Qeyd edək ki, “Böyük yeddilik” ölkələrinin Brüssel sammitində Ukrayna hakimiyyətinə antiterror əməliyyatlarının davam etdirilməsi ilə bağlı çağırış səslənib. Ekspertlərin fikrincə, bu çağırış rəsmi Kiyevi daha da cəsarətləndirəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm