Canlı yayımda saxtakarlıq – Video
Bizi izləyin

Dünya

Canlı yayımda saxtakarlıq – Video

Canlı yayımda saxtakarlıq – Video

Suriyanın televiziyalarından birinin müxbiri canlı yayımda təsadüfən ölkədə keçirilən prezident seçkisinin saxtalaşdırıldığını sübut edib. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, o, efirdə olduğunun fərqinə varmadan seçicilər arasında Bəşər Əsədin lehinə təbliğat aparırmış.

Belə ki, Suriyada hakimiyyət tərəfdarı olan bir televiziyanın əməkdaşı Lazkiyə şəhərindəki məntəqələrdən birində seçicilərdən müsahibə almaq istəyib. Seçkidə son vəziyyəti tamaşaçılara çatdırmaq üçün ora ezam olunan müxbir canlı yayımda olduğunun fərqinə varmayıb. Müxbir seçicilərdən “ölkəmiz üçün bura gəldik” sözlərini demələrini istəyib və onun sözləri efirdən yayımlanıb. Məsələdən xəbərdar olandan sonra isə o, halını pozmadan seçkinin gedişi barədə məlumat verib.

Suriyada keçirilən prezident seçkisindən sonra qalmaqalların ardı-arası kəsilmir. Bir qism şəxs Əsədə bağlığını göstərmək üçün qanı ilə səs verib, digərləri isə məntəqəyə gələn müxbirin söylədiklərini təsdiqləmək məcburiyyətində qalıblar.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm