Ukrayna müxalifəti daha bir şəhəri ələ keçirib
Bizi izləyin

Dünya

Ukrayna müxalifəti daha bir şəhəri ələ keçirib

Ukraynanın mərkəzi hissəsində yerləşən vilayət mərkəzi Çerkassı şəhərində insan kütləsi vilayət administasiyasını ələ keçiriblər. Binanın qarşısında iki minə qədər adam toplaşıb.

Ukraynanın mərkəzi hissəsində yerləşən vilayət mərkəzi Çerkassı şəhərində insan kütləsi vilayət administasiyasını ələ keçiriblər. Binanın qarşısında iki minə qədər adam toplaşıb.

Nəşrin hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, etirazçılar artıq qapıları qıraraq binaya daxil olublar. İnsanları saxlamağa çalışan milis işıqsaçan qumbaralardan istifadə edib.

Binanın həyətində 10 dərəcə şaxta var. Milislər binanın ətrafında barrikada qurublar. Milislərə “Qrifon” dəstəsinin döyüşçülərində ibarət iyirmi nəfərlik dəstə köməyə gəlib. Etirazçılar milisləri yaxalayaraq onların paltarlarını cırırlar. Administrasiyanın əməkdaşları pəncərədən qaçıblar. Bəzi etirazçılar qırılmış pəncərələrdən kabinetlərə girərək sənədləri yandırırlar.

Bu gün ölkənin qərb hissəsində müxalifətçilər vilayət mərkəzlərində inzibati binaları ələ keçiriblər. Lvovda və Rovnoda idarə binaları tutulub. /Anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm