Yanukoviç terrorçulara ayda nə qədər pul verir?
Bizi izləyin

Dünya

Yanukoviç terrorçulara ayda nə qədər pul verir?

Yanukoviç terrorçulara ayda nə qədər pul verir?

“Ukraynada vətəndaş müharibəsi yoxdur. Rusiya Federasiyası ərazisindən terrorçu qrupların, həmçinin muzdluların müdaxiləsi var”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Ukrayna daxili işlər naziri Arsen Avakovun məsləhətçisi Anton Qeraşenko Rusiya telekanallarından birinə müsahibəsində deyib.

O, terrorçuların maliyyə mənbəyindən danışıb. A.Qeraşenko terrorçuların Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və onun Rusiyaya qaçan yaxın ətrafı tərəfindən maliyyələşdirildiyini dilə gətirib. A.Avakovun məsləhətçisi qeyd edib ki, onların məlumatlarına görə, terrorçulara aylıq 2-3 min dollar ödənilir.

“Rusiya qanunvericiliyinin əksinə olaraq, Ukrayna vətəndaşı olan bu insanları bizə vermir. Terrorçular silahla Rusiya sərhədini keçirlər. Amma Rusiya sərhədçiləri onların tutulması üçün heç bir təşəbbüs göstərmir. Buna nə ad verək? Mən, ümumiyyətlə, hesab edirəm ki, Rusiya bu terrorizmin sponsorudur. Həqiqəti olduğu kimi demək lazımdır”,– A.Avakovun məsləhətçisi deyib.

A.Qeraşenkonun sözlərinə görə, Rusiyadan gələn terrorçular arasında yalnız çeçenlər deyil, başqa millətlərin nümayəndələri, həmçinin osetinlər də var.

Ukrayna mətbuatının yazdığına görə, Donetsk separatçıları Rusiyadan 1 milyard dollar kredit verməyi xahiş edib. Belə bir xahişi isə Rusiyanın Dövlət Dumasında ictimai təşkilatlar və dövlət hakimiyyəti orqanları nümayəndələrinin genişləndirilmiş iclasında Donetsk separatçılarının liderlərindən olan Boris Borisov dilə gətirib.

“Vəziyyətdən yeganə çıxış yolu Rusiya rublu əsasında region iqtisadiyyatının yenidən qurulmasından ibarətdir. Bunun üçün Mərkəzi bankın yaradılması və Rusiyadan ən azı bir milyard dollar kreditin alınması lazımdır. Belə bir bank isə Rostovda yaradılmalıdır”,– separatçıların lideri deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm