Ərdoğan istintaqa cəlb ediləcəkmiş – Fakt
Bizi izləyin

Dünya

Ərdoğan istintaqa cəlb ediləcəkmiş – Fakt

Ərdoğanı istintaqa cəlb etmək üçün hazırlanan sənəd ortaya çıxdı – Fakt

17 dekabr əməliyyatları ilə bağlı hazırlanan təqdimatda Ərdoğan barədə “dövrün Baş naziri” ifadəsinə yer verilib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Baş naziri R.T.Ərdoğanın tez-tez mitinqlərdə səsləndirdiyi “mənə dövrün Baş naziri deyirlər” ifadəsini təsdiqləyən sənəd ortaya çıxıb. Ancaq Gülənə yaxın media orqanlarında israrla bu iddianın yalan olduğu bildirilirdi.

”Hürriyyət” qəzetinin köşə yazarı Əhməd Hakan bugünkü yazısında həmin sənədi yayımlayıb.

Təqdimatda Ərdoğanla “Habertürk TV”nin sahibi Fateh Saracın telefon danışığından bəhs edilir. Burada Ərdoğana “dövrün Baş naziri Rəcəb Tayyib Ərdoğan” ifadəsi də işlədilib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm