Dünya
Çeçen mücahidlərlə Kadırov tərəfdarları Ukraynada üz-üzə gələ bilər
“Donbasda ruspərəst separatçılar tərəfində vuruşanlar qəhrəman çeçen millətini təmsil edə bilməzlər”.
Publika.az “CECHENNEWS” agentliyinə istinadən xəbər verir ki, “Azad Qafqaz” təşkilatı belə bir bəyanatla çıxış edib. Bəyanatda həmçinin bildirilir ki, əsl çeçenlər azadlıq uğrunda mübarizə aparan Ukrayna xalqının yanında olacaq.
Xəbər verilir ki, Avropada mühacirətdə olan çeçenlər Ukraynanın müdafiəsi üçün Cövhər Dudayev adına beynəlxalq batalyon yaradıblar. Artıq batalyona 300-dən çox çeçen döyüşçü yazılıb. Batalyona general İsa Munaev başçılıq edəcək. Tezliklə çeçen döyüşçülər Ukrayna ordusu ilə birgə əməliyyatlara qatılacaqlar.
Xatırladaq ki, 1 iyunda Çeçenistan prezidenti Ramzan Kadırov da bəyanat yaymışdı ki, Ukraynaya 74 min döyüşçü göndərə bilər. Odur ki, Ukraynada hərbi əməliyyatlarda Çeçen mücahidlərlə Kadırov tərəfdarlarının üz-üzə gələcəyi istisna edilmir.
İlqar Atabəyli
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!