Səfir İrəvana qayıtdı
Bizi izləyin

Dünya

Səfir İrəvana qayıtdı

Səfir İrəvana qayıtdı

İki ay əvvəl Kiyevə geri çağırılan Ukraynanın Ermənistandakı səfiri İvan Kuxta İrəvana qayıdıb.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “Azadlıq” radiosu bildirib.

Qeyd edək ki, ukraynalı səfirin geri çağırılmasına səbəb Krım Muxtar Respublikasında keçirilən referendum olub. Ermənistan prezidenti Serj Sarkisyan Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətində referendumu “xalqların öz müqəddəratını təyin etmə hüququnun həyata keçirilməsinin növbəti nümunəsi” kimi qiymətləndirmişdi.

Ukrayna bundan sonra Ermənistana nota verərək izahat tələb etmişdi.

Təxminən eyni vaxtda Ukraynanın Belarusdakı səfiri də geri çağırılmışdı. Prezidenti Aleksandr Lukaşenko Krımın Rusiyaya birləşməsini dəstəkləmişdi.

Xatırladaq ki, Krımda referendum 2014-cü ilin 16 mart tarixində keçirilib. Referendumun nəticələrinə görə, yarımada əhalisinin 90 faizindən çoxu Rusiyaya birləşmək üçün səs verib. Martın 18-də isə Krımın Rusiyaya birləşməsi ilə bağlı razılaşma imzalanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm