Sabiq prezident: “Serj Sarkisyanın hazırladığı “yol xəritəsi” Ermənistanı məhv edir”
Bizi izləyin

Dünya

Sabiq prezident: “Serj Sarkisyanın hazırladığı “yol xəritəsi” Ermənistanı məhv edir”

Sabiq prezident: “Serj Sarkisyanın hazırladığı “yol xəritəsi” Ermənistanı məhv edir”

“Serj Sarkisyanın hazırladığı “yol xəritəsi” Ermənistanın məhvini reallaşdırır”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözlər Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın erməni mətbuatında dərc edilmiş yazısında yer alıb.

Sabiq prezident qeyd edib ki, hazırkı dövlət başçısının yeni hökumətin hədəflərinə həsr edilmiş son proqramla bağlı çıxışları “yol xəritəsi”ndə aydın şəkildə əks olunub. Levon Ter-Petrosyanın sözlərinə görə, yeni hökumətin formalaşması, Avrasiya İttifaqına üzvlük, “erməni soyqırımı”nın 100-cü ildönümünə aid tədbirlər keçirilməsi, həmçinin Serj Sarkisyanın keçirmək istədiyi konstitusiya islahatları onun quldur rejiminin maraqlarını əsas tutur. Keçmiş prezident bütün baş verənlərin dövlət və xalqın maraqlarına zidd olduğunu dilə gətirib.

Ter-Petrosyan hesab edir ki, bütün imkanlardan istifadə edərək qısa müddət ərzində mövcud hakimiyyətdən qurtulmaq lazımdır. Onun sözlərinə görə, Sarkisyan böyük sürətlə ölkənin qarət edilməsinin davamı üçün Ovik Abramyanı baş nazir təyin edib: “Ovik Abramyan heç də öz nailiyyətləri və keyfiyyətlərinə görə Ermənistanın baş naziri təyin edilməyib. Ermənistanın dağıdılması üçün hazırlanan “yol xəritəsi”nin elementlərindən biri də baş nazir vəzifəsinə Abramyanın təyinatıdır. Abramyanın təyinatından sonra Serj Sarkisyana yaxın şirkətlərə müxtəlif güzəştlərin verilməsinə başlanıldı. Belə ki, “Mikşin” şirkəti 800 milyon dram güzəştli kredit aldı. “Erməni məhsulu” şirkəti isə üç il ƏDV vergisi ödəməkdən möhləti aldı. Bununla da büdcə 732 milyon dram vergidən məhrum idi”.

Keçmiş prezidentin fikrincə, ölkənin qarət edilməsi üçün O.Abramyandan daha münasib namizəd tapmaq mümkün deyildi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm