“Serj Sarkisyan istənilən məğlubiyyətə hazırdır”
Bizi izləyin

Dünya

“Serj Sarkisyan istənilən məğlubiyyətə hazırdır”

“Serj Sarkisyan istənilən məğlubiyyətə hazırdır”

“Ermənistan prezidenti Serj Sarkisyan istənilən güzəştləri qəbul etməyə və Rusiyanın təklif etdiyi istənilən sənədi imzalamağa hazırdır”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözlər Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın erməni mətbuatında dərc edilmiş məqaləsində yer alıb.

“Serj Sarkisyan tezliklə Avrasiya İqtisadi İttifaqına daxil olaraq Vladimir Putinin xeyirxah davranışına layiq olmaq niyyətindədir”, - Ermənistanın birinci prezidenti yazıb.

O, S.Sarkisyanın 29 Mayda Astanada Rusiya, Qazaxıstan və Belorus dövlət başçılarının sammitində çıxışını xatırladıb. Xatırladaq ki, Ermənistan prezidenti Rusiya, Belarus və Qazaxıstan prezidentlərindən ölkəsini 15 İyuna qədər Avrasiya İttifaqına qəbul etməyi xahiş etmişdi. Ter-Petrosyan qeyd edib ki, Sarkisyan “xahiş edirəm” əvəzinə “yalvarıram” sözünü işlətsəydi, o halda onun yaltaq çalışqanlığı daha dəyərli olardı: “Onun bu çalışqanlığı və tələskənliyi xüsusən Qırğızıstanın rəhbərliyinin təmkinli və ləyaqətli mövqeyi fonunda təəccüb doğurur”.

Ermənistanın sabiq prezidentinin fikrincə, Sarkisyanın tələskənliyi onunla izah edilir ki, onun hakimiyyətinin legitimliyi bundan sonra Rusiyadan asılıdır: “Ermənistan buna görə də bərabərhüquqlu üzv kimi ittifaqa daxil deyil. Sarkisyan alçaldılmış vətəndaş kimi istənilən güzəştlərə, Rusiyanın təklif etdiyi istənilən sənədi qəbul etməyə qeyd-şərtsiz hazırdır. Sarkisyan istənilən alçalmaya hazırdır. O, qul kimi susaraq qaz müqaviləsini uddu. Ermənistan Gömrük İttifaqı çərçivəsində dəfələrlə alçaldılmışdı. Astanada Nazarbayevin Qarabağla bağlı bəyanatı son alçalma oldu. O, Nazarbayevə cavab vermədi. Baxmayaraq ki, Ermənistanın cavabı çoxdan hazır olmalı idi. Bu məsələ Lukaşenko və həmin Nazarbayev tərəfindən Minsk sammit zamanı da qaldırılmışdı. Sarkisyan daha çox öz alçalmasını dərinləşdirdi və gülməli vəziyyətə düşdü”.

Ter-Petrosyan hesab edir ki, Serj Sarkisyanın başçılıq etdiyi rejim vaxtaşırı belə alçalmalara məruz qalacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm