
Çinin qərbində yerləşən Sintiszyan əyalətində 9 nəfər terrorçuluq ittihamı ilə ölüm cəzasına məhkum edilib.
Publika.az xəbər verir ki, bu barədə ölkənin dövlət nəşrləri bildirib.
Çin hakimiyyəti dinc əhaliyə edilən hücumlara görə Sintiszyan əyalətində yaşayan uyğurların məsuliyyət daşıdığını bildirir. Əyalətinin paytaxtı Urumçidə ötən ay baş verən partlayış nəticəsində 39 nəfər ölüb.
Uyğurlar isə hesab edir ki, Çin hakimiyyəti onları diskriminasiyaya məruz qoyur.
Ömər Dağlı