“G-7” Rusiya qarşısında 4 sərt tələb qoydu
Bizi izləyin

Dünya

“G-7” Rusiya qarşısında 4 sərt tələb qoydu

Avropa Birliyinin iqamətgahı Brüsseldə toplanan “G-7” (Böyük 7-lik) liderləri Rusiya qarşısında 4 tələb qoyub.

Avropa Birliyinin iqamətgahı Brüsseldə toplanan “G-7” (Böyük 7-lik) liderləri Rusiya qarşısında 4 tələb qoyub.

Tələbdə Rusiyanın Ukraynada keçirilən seçkiləri tanıması, Ukrayna sərhədlərindən rus hərbi qüvvələrinin çəkilməsinin başa çatdırılması, sərhəd ərazilərdə silahlanmanın dayandırılması və Ukraynada fəaliyyət göstərən separatçılara yardımın kəsilməsi göstərilir.

Liderlər Rusiyanı Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozduğuna, ölkənin şərqində separatçılara dəstək verdiyinə və Krımın qeyri- qanuni yolla ilhaq etdiyinə görə qəti şəkildə pisləyib.

Onu da bildirək ki, “G-7” ölkələri ikinci mərhələdə Rusiyaya tətbiq olunan sanksiyaların 3-cü mərhələyə keçirilməsini dayandırıb. Əldə olunan razılığa əsasən, bu şərtlərə cavab verənədək Rusiyaya tətbiq edilən sanksiya qüvvədə qalacaq.

Görüşdən sonra mətbuat konfransı keçirdən Fransa prezidenti Fransua Olland Rusiya prezidenti Vladimir Putini və Ukraynanın yeni seçilmiş prezidenti Petro Poroşenkonu Fransaya dəvət edib.

Olland Rusiyaya qarşı tətbiq ediləcək sanksiyalar barədə danışarkən hələ üçüncü mərhələnin tətbiqinə başlanmadığını bildirərək Almaniya Kansleri Angela Merkellə məsləhətləşmələrində hələ gözləmə mövqeyində olduqlarını dilə gətirib. /Axar.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm