Rus mafiyasının “xaç atası"nı "AST Telman" öldürtdürüb?
Bizi izləyin

Dünya

Rus mafiyasının “xaç atası"nı "AST Telman" öldürtdürüb?

Rus mafiyasının gəlib-getmiş ən nüfuzlu “xaç ata”sı Vyaçesvlav İvankovun (Yaponçik) öldürülməsindən xeyli keçsə də ona qarşı edilən sui-qəsdin motivləri, qəsdin sifarişçilərinin kim olması hələ Rusiya mətbuatı üçün ən aktual mövzulardandır. Müxtəlif

Rus mafiyasının gəlib-getmiş ən nüfuzlu “xaç ata”sı Vyaçeslav İvankovun (Yaponçik) öldürülməsindən xeyli keçsə də, ona qarşı edilən sui-qəsdin motivləri, qəsdin sifarişçilərinin kim olması hələ Rusiya mətbuatı üçün ən aktual mövzulardandır. Müxtəlif versiyalar səslənir. Bizim üçün ən maraqlı olanı Azərbaycanla bağlı məqamlardır.

Azərbaycanlı narkotacirlərlə əlaqə

Yaponçikin Azərbaycanla həmişə əlaqələri olub. Onun arvadı Gürcüstanda etnik millətlərdən olan assiriyalı idi. 90-cı illərin əvvəllərində İvankovun assuriyalılardan ibarət olan qruplaşması Moskvada narkoticarətlə məşğul olan azərbaycanlıları nəzarətə almağa başladı. Bir yerdə “əməkdaşlığa” başlayan hər iki qruplaşma tezliklə Rusiya paytaxtındakı narkotik bazarına tam yiyələnirlər. Qruplaşmalar tezliklə beynəlxalq aləmə çıxaraq Almaniya, Avstriya, Şərqi Avropa, ABŞ-dakı kriminalitetlə sıx əlaqələr yaradırlar.

Lakin o vaxt Moskvada narkoticarətlə məşğul olan daha bir qruplaşma vardı. "Silvestr" ləqəbi ilə tanınan Sergey Trofimovun Orexov qruplaşması. Qafqazlılara düşmən münasibət bəsləyən Silvestr öz qəddarlığı ilə məşhur idi. Azərbaycan qruplaşmaları ilə bir neçə dəfə “razborkaları” olmuşdu.

İndi isə Silvestr İvankova mane olurdu. ABŞ-da və Avropada bütün rus kriminalitetini özünə tabe etdirən Yaponçik tam hökmranlı “xaç ata”sı olmaq üçün mütləq bu problemi həll etməliydi. Az müddət sonra Moskvanın düz mərkəzində Silvestrin “mercedes”i partladılır. Onun ölümündən sonra Yaponçik Solntsev qruplaşmasının liderləri Sergey Mixaylov (Mixas) və Viktor Averinə (Avera) Moskvadakı bütün narkobiznesi tapşırır. Həmçinin Sergey Trofimovun nəzarət etdiyi banklar və şirkətlər də Solntsev qruplaşmasına miras kimi qalır.

“Xaç atası”nın dostluq etdiyi azərbaycanlı “vor zakon”lar

Yaponçikə ən yaxın azərbaycanlı avtoritet Tofik Bakinski ləqəbiylə tanınan Tofiq Əhmədov olub. İlk məhkumluğunu 1967-ci ildə, 16 yaşında, quldurluq və qanunsuz silah saxlamaq maddələri ilə alan Əhmədov Rusiyanın titullu qanuni oğrularından sayılırdı. Yaponçiklə yaxın münsibətlərdə olan Tofik Bakinskinin qruplaşması həmin ərəfədə Moskvada yerləşən bir neçə iri ərzaq bazarını nəzarətdə saxlayırdı. Qruplaşmanın əsas gəliri isə narkoticarətdən idi.

Sabirabadlı Hikmətə də Yaponçikin böyük hörməti vardı. Hikmət Muxtarova 7 aprel, 2006-ci ildə sui-qəsd törədildi. Azərbaycanın ən nüfuzlu avtoritetlərindən hesab olunan Muxtarov ofisindən çıxarkən güllələndi. Bir neçə gün sonra Sabirabadın Kürkəndi kəndində Hikmətin dəfn mərasimi keçirildi. Dəfnə qatılmaq üçün Yaponçik Bakıya gəldi. Ancaq gəlişinə bir şərtlə icazə verildi ki, 24 saatdan sonra Azərbaycanı tərk edəcək.

Ümumiyyətlə, Muxtarovun dəfninə Rusiyadan, hətta İsveçrədən bir çox tanınmış avtoritetlər gəlmişdi. Yaponçik Bakıya gəlsə də, nədənsə ürək edib Sabirabada getmədi. Elə Bakıda başsağlığı verməklə kifayətlənib, Moskvaya qayıtdı. “Xaç ata”sını Sabirabada getməkdən çəkindirən səbəblər isə indiyədək bəlli deyil.

Yeni versiyaÇerkizov bazarının bağlanması

Rusiya mətbuatı Yaponçikin öldürülməsinin Çerkizov bazarının bağlanması ilə birbaşa əlaqəsinin olduğu haqda dəfələrlə yazıb. Tanınmış biznesmen Telman İsmayılova məxsus olan bu bazardan həm polislər, həm kriminal aləm, həm də bürokratlar “qidalanırdi”. Çerkizov bazarı bağlananda satışı realizə olunmamış 2 milyard dollarlıq mal anbarlarda qaldı. Bu, böyük məbləğ idi. Bazarın bağlanmasında günahı olanlar mütləq cəzalanmalı idi.

Təsdiq olunmamış söz-söhbətlərə görə, Vyaçeslav İvankov yaxşı münasibətləri olmadığı Telman İsmayılov haqda, o cümlədən ona məxsus Çerkizov bazarında çirkli pulların yuyulması ilə bağlı hüquq-mühafizə orqanlarına qiymətli məlumatlar vermişdi. Bu məlumatlardan sonra Çerkizov bazarı ləğv edildi.

Məhz bundan sonra Yaponçik öldürüldü, Telman İsmayılov isə tezbazar biznesini Türkiyəyə köçürdü. Hər halda, bu, sadə rus mediasının ehtimalıdır.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm