Mandelanın heykəlinin qulağındakı “dovşan” problem yaradıb
Bizi izləyin

Dünya

Mandelanın heykəlinin qulağındakı “dovşan” problem yaradıb

Cənubi Afrika hökuməti Mandelanın heykəlinin qulağına yerləşdirilmiş bürünc rəngli dovşanın götürülməsini əmr edib.

Cənubi Afrika hökuməti Mandelanın heykəlinin qulağına yerləşdirilmiş bürünc rəngli dovşanın götürülməsini əmr edib.

Heykəltəraşlar isə dovşanın “imza” xarakterli - yəni heykəlin inşasının qısa müddətdə bitdiyinə işarə olduğunu bildirib.

“Simvol kimi qoyduq”

Heykəltəraşlar Andre Prinsloo və Ruhan Janse Van Vuuren hökumət heykəlin şalvarına imza qoymağa icazə vermədiyi üçün bu üsuldan istifadə etdiklərini qeyd edib. Digər tərəfdən Prinsloo dovşanın kiçik bir simvol olduğunu və uzaqdan baxanda görünmədiyini də qeyd edib.

9 metr uzunluğundakı heykəlin açılışı 16 dekabrda Mandelanın dəfnindən bir gün sonra olmuşdu. Həmçinin Afrika dillərində dovşan sözü “sürətli” deməkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm