Afrində öldürülən terrorçular necə sayılır? - Təhlükəsizlik mütəxəssisi PKK-nın bütün SİRLƏRİNİ AÇDI
Bizi izləyin

Dünya

Afrində öldürülən terrorçular necə sayılır? - Təhlükəsizlik mütəxəssisi PKK-nın bütün SİRLƏRİNİ AÇDI

Türkiyə Silahlı Qüvvələri və Azad Suirya Ordusunun birgə həyata keçirdiyi “Zeytun budağı” hərəkatında öldürülən terrorçu sayı 3524-ə çatıb.

Publika.az xəbər verir ki, öldürülən terrorçuların necə sayılması hər kəsin maraq dairəsindədir.

Türkiyənin təhlükəsizlik mütəxəssisi Abdulla Ağar sosial media hesabından verdiyi açıqlamada bu sualı cavablandırıb. Mütəxəssis bildirib ki, əslində, öldürülən terrorçuların sayı göstərilən rəqəmlərdən daha çoxdur: “Silahlı pilotsuz təyyarələri və hücum helikopterlərinin atəş öncəsi, atəş anı və atəş sonrası hədəflərindəki hərəkətlilik və hədəfə təsir gücünü qeydə alan müasir görüntüləmə sistemləri vardır. Bununla birlikdə tanklarda da istər termik, istərsə lupa sistemləri ilə hədəfi atəş anı və sonrasında izləmə qabiliyyətləri mövcuddur. Yəni, bu atəşə dəstək vasitələri atışın hədəfdəki təsirini görə bilir, qeydə alır və sənədləşmə üçün hazırlayır. Əlbəttə, iş sadəcə bununla bitmir. Qarşıdurma məkanları və atəş altına alınan hədəflər davamlı şəkildə pilotus təyyarələr və pilotlu kəşfiyyat təyyarələri vasitəsilə izlənilir. Terrorçuların hərəkətləri, məkanlara giriş-çıxış, artma və azalmaları analiz edilir. Ancaq topçuların vurduqları hədəfləri görmək və analiz etmək imkanımız yoxdur. Burada işə kəskin nəzarətçilər, pilotsuz təyyarələr qarışır. Təbii ki, birliklərin də əldə etdiyi məlumatlar olur. Əməliyyatlardan sonra ələ keçirilən yerlərdə öldürülən terrorçular bir-bir sayılır və qeydə alınır.

İçindəki terrorçu sayı bilinməyən, görünməyən, baza, bina, sığınacaq və depolardakı ölülər təxmini şəkildə qeyd edilir. Yəni terrorçuların başına uçmuş tikililərin altında neçə nəfərin öldüyü dəqiq bilinmir. Hücum və manevrlərdən sonra qarşıdurmada öldürülən terrorçuların cəsədləri PKK-YPG tərəfindən gizlədilir. Onlar mülki əhalinin istifadə etdiyi avtomobillərlə cəsədləri toplayır və yaralıları gizlədir. Məqsəd isə təşkilatın nə qədər üzv itirdiyini gizlətməkdir. Onlar cəsədləri kütləvi şəkildə basdırır, qayalardakı çatlaqlara yerləşdirir, uçurumlardan aşağı atırlar”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm