Ukraynada sərhəd məntəqələri əldən-ələ keçir
Bizi izləyin

Dünya

Ukraynada sərhəd məntəqələri əldən-ələ keçir

Ukraynada sərhəd məntəqələri əldən-ələ keçir

Ukraynanın Donetsk vilayətindəki “Marinovka” buraxılış məntəqəsinə hücumun detalları məlum olub.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, separatçıların hücumu nəticəsində 5 Ukrayna sərhədçisi yaralanıb.

Məlumata görə, bu gecə buraxılış məntəqəsi yaxınlığında Ukrayna ordusu ilə silahlı separatçılar arasında döyüş olub. Ukrayna ordusu separatçıların hücumunu dəf edərək əks zərbə endirməyə nail ola bilib. Hərbçilərin yardımına aviasiyanın da gəldiyi bildirilir. Separatçılar aviasiyanın zərbələrindən sonra geri çəkilib.

Qeyd edək ki, “Marinovka” Ukrayna hökumətinin Rusiya ilə sərhəddə bağladığı ilk buraxılış məntəqələrindən biridir.

Ukrayna hökuməti Rusiya ilə sərhəddəki buraxılış məntəqələrinin 25 faizini bağlayıb. Rus mediası iddia edir ki, bu, regiondakı vəziyyəti çətinləşdirəcək. Artıq Slavyansk, Konstantinovka və Kramatorsk rayonlarında dərman və ərzaq məhsullarının kəskin çatışmazlığı hiss olunur.

Eyni vaxtda isə separatçılar Luqansk vilayətindəki “Dyakovo” sərhəd məntəqəsini ələ keçirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm