Britaniyada silahlı insident: Hamilə qadını güllələdi - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Britaniyada silahlı insident: Hamilə qadını güllələdi - YENİLƏNDİ

Britaniyada hamilə qadına və daha bir nəfərə atəş açaraq onları yaralamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Publika.az xəbər verir ki, polis onu hadisədən 2 saat sonra saxlayıb. Hazırda həkimlər vəziyyəti ağır olan hamilə qadını xilas etməyə çalışırlar.

Atəş açan şəxs qadının sevgilisi olub. Onun yaraladığı şəxs isə zərərçəkənin əridir.

***

Britaniyada atışma olub.

Publika.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Məlumata görə, hadisə Xorşem şəhərində baş verib. İnsident zamanı 1 nəfər xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. "Sun" qəzetinin məlumatına görə, xəsarət alan hamilə qadındır. Onun vəziyyəti ağırdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm