FTB-nin direktor müavini istefaya göndərildi
Bizi izləyin

Dünya

FTB-nin direktor müavini istefaya göndərildi

ABŞ-ın ədliyyə naziri Ceff Seşns Federal Təhqiqatlar Bürosunun (FTB) direktor müavini Endryu Makkeybi istefaya göndərib.

Publika.az TASS-a istinadən xəbər verir ki, E.Makkeyb 2016-cı il prezident seçkiləri ilə əlaqədar araşdırmalarda fəal iştirak edib. Eyni zamanda, o, dəfələrlə ABŞ prezidenti Donald Tramp tərəfindən tənqid olunub.

“Baş müfəttişin məruzəsi və nazirliyin yüksək vəzifəli şəxslərinin tövsiyələrinə əsaslanaraq bu gündən etibarən Endryu Makkeybin səlahiyyətlərinə xitam verirəm”, nazirin bəyanatında deyilir.

Qeyd edək ki, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm