Keyfiyyətsiz yemək, təhlükəli ərzaq məhsulları - 7 restoran, kafe və bar BAĞLANDI
Bizi izləyin

Dünya

Keyfiyyətsiz yemək, təhlükəli ərzaq məhsulları - 7 restoran, kafe və bar BAĞLANDI

Tbilisidə aparılan araşdırmalardan sonra müasir tələblərə cavab verməyən 7 restoran, kafe və bar bağlanıb.

Publika.az xəbər verir ki, buna həmin iaşə müəssisələrində normal şəraitin olmaması, verilən yeməklərin çox aşağı keyfiyyəti və bir sıra ərzaq məhsullarında insan sağlamlığı üçün zərərli maddələrin aşkar edilməsi səbəb olub.

Gürcüstanın Milli Ərzaq Agentliyinin yaydığı məlumata görə, paytaxtdakı 19 restoran, kafe və barda araşdırma aparılıb. Onlardan yalnız üçünün fəaliyyəti normal hesab edilib. 7 restoran, kafe və barın fəaliyyəti müvəqqəti dayandırılıb, qalanlarına xəbərdarlıq olunub.

Agentlik bu cür yoxlamaları davam etdirəcəyini bildirib. (AZƏRTAC)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm