Dünya
İngiltərə - Rusiya gərginliyi PİK HƏDDƏ: Səfir nazirliyə çağırıldı - (YENİLƏNDİ)
İngiltərənin Rusiyadakı səfiri Laurie Bristovun Rusiya Xarici İşlər Nazirliyinə çağırılma səbəbi məlub olub.
Publika.az xəbər verir ki, Rusiya Britaniyanın 23 diplomatını ölkədən çıxarmaq barədə qərar qəbul edib və bu barədə səfir məlumatlandırıb.
XİN-in bəyanatında Rusiyadakı Britaniya Konsulluğunun bağlanacağı və Böyük Britaniyanın Sankt-Peterburqda ümumi konsulluq açmaq üçün icazəsinin ləğv ediləcəyi də bildirilib.
***
İngiltərənin Rusiyadakı səfiri Laurie Bristov Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Publika.az-ın məlumatına görə, bu barədə nazirlikdən açıqlama verilib.
Məlumatda dəvətin başqa detalları açıqlanmayıb.
Qeyd edək ki, səfirin Rusiyaya göndərilən sabiq rus agent Sergey Skripal və qızının zəhərlənməsi ilə bağlı ittihamların ardınca 23 rusiyalı diplomatın İngiltərədən deportasiya edilməsinə dair veriləcək cavabın ölkəsinə bildirməsi gözlənilir.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki Sergey Skripal və qızı Yuliya martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində ölü vəziyyətdə tapılıblar.
Britaniyanın baş naziri Tereza Mey martın 12-də verdiyi açıqlamada Skripal və qızının SSRİ-də istehsal edilmiş “Noviçok” adlı kimyəvi silahla zəhərləndiklərini bildirib.
Zümrüd
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA