Türkiyə ordusunun KABUSU Afrinin mərkəzində – YENİ MƏRHƏLƏ başlayır - -VİDEO
Bizi izləyin

Dünya

Türkiyə ordusunun KABUSU Afrinin mərkəzində – YENİ MƏRHƏLƏ başlayır - -VİDEO

"Zeytun budağı" hərəkatı çərçivəsində dinc sakinlərin Afrin şəhərini tərk etməsi üçün verilən 72 saatlıq müddət dolduğu üçün Türkiyə Silahlı Qüvvələrinin “Kabus Komandaları” kimi tanınan xüsusi qüvvələri şəhərin mərkəzinə daxil olub.

Publika.az xəbər verir ki, xüsusi təlim keçmiş birliklər dinc sakinlərin arasına girməyə imkan tapmayan çox sayda terrorçunu məhv edib.

Onların bölgədə tətbiq etdiyi taktika terrorçuları təşvişə salıb.

Təhlükəsizlik mənbələri daha öncə riskli bölgələrə girib-çıxan xüsusi qüvvələrin artıq son əməliyyatlar üçün daimi düşərgə saldığını açıqlayıb. Yeni açıqlanan strategiyaya görə, “kabus komanda”lər gözə çarpmadan təşkilat üzvlərini tapıb tək-tək öldürürlər. 56 günü geridə qalan hərəkat çərçivəsində bu günə qədər 3530 terrorçunu zərərsizləşdirən “Mehmetçik” xüsusi qüvvələrin dəstəyi ilə yeni mərhələyə qədəm qoyur.

Xüsusi təyinatlı birliklərin uğuru YPG və PKK-lıların kabelsiz əlaqə vasitələrindən də eşidilib. Onlar öz aralarında “nə olduğunu başa düşə bilmədik. Burnumuzu çıxarsaq, təpəmizin üstündə bitirlər” şəklində danışıqlar aparıblar.

Təşkilatın zülmündən qaçan afrinlilər isə şəhərin cənubundakı koridordan çıxaraq TSQ və ASO-ya sığınır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm