Ərdoğandan SON DƏQİQƏ Afrin açıqlaması: "Hər an müjdəli xəbəri verə bilərik"
Bizi izləyin

Dünya

Ərdoğandan SON DƏQİQƏ Afrin açıqlaması: "Hər an müjdəli xəbəri verə bilərik"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Zeytun budağı” hərəkatı haqqında kritik açıqlamalar verib.

Publika.az xəbər verir ki, prezident Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun hər an Afrin şəhər mərkəzinə daxil ola biləcəyini deyib.

“Afrinə girdik, giririk. Hər an müjdəli xəbəri verə bilərik. Aldığım son məlumata görə, zərərsizləşdirilən terroçu sayı 3569 olub. Fəth yaxındır. Bizim Suriyanın torpaqlarında gözümüz yoxdur. Terror koridorlarından gələn təhdidlərdən yorulduq və lazım olanı etdik. Necə deyirdim? Bir gecə zamansız...”, – deyə Ərdoğan bildirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm