YPG-yə ŞOK - Afrin sakinləri terrorçuların mərkəzi binasını ələ keçirdi - - VİDEO
Bizi izləyin

Dünya

YPG-yə ŞOK - Afrin sakinləri terrorçuların mərkəzi binasını ələ keçirdi - - VİDEO

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu tərəfindən həyata keçirilən “Zeytun budağı” hərəkatından son məlumatlar paylaşılıb.

Publika.az xəbər verir ki, Afrin sakinləri YPG terror təşkilatının mərkəz binasını ələ keçirib.

Sakinlər YPG-yə aid əşyaları torbalar və yeşiklərlə öz evlərinə daşıyır. Yerli qaynaqlar binanın önünə toplanan yüzlərlə insanın binadan qida məhsulları götürdüyünü bildirib.

Hərəkat çərçivəsində Afrin - Mabatlı arasında quru bağlantısı da kəsilib. Afrin şəhərinin mərkəzindən dinc sakinlərin çıxışını əngəlləmək üçün avtombilləri yandıran terrorçuların görüntüləri TSQ tərəfindən paylaşılıb.

Ordu zərərsizləşdirilən terrorçuların sayının 3567 olduğunu açıqlayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm