Afrin Türkiyə ordusunun NƏZARƏTİNƏ KEÇDİ - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Afrin Türkiyə ordusunun NƏZARƏTİNƏ KEÇDİ - YENİLƏNDİ

Türkiyə ordusunun müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində Afrin şəhəri nəzarətə götürülüb.

Publika.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mediası yayıb.

***

Türkiyə ordusunun müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində son mərhələ başlayıb.

Bu gün səhər saatlarında müxalif Azad Suriya Ordusunun birlikləri Afrin şəhərini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün əməliyyata başlayıb.

Azad Suriya Ordusu cənub-şərq istiqamətindən şəhərə daxil olub.

Qeyd edək ki, bu il yanvarın 20-də Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsini PYD/YPG terrorçularından təmizləmək üçün "Zeytun budağı" əməliyyatına başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm