Dəhşətli "Noviçok" zəhərini hazırlayan erməni alim: "Yeni ölümlər ola bilər..."
Bizi izləyin

Dünya

Dəhşətli "Noviçok" zəhərini hazırlayan erməni alim: "Yeni ölümlər ola bilər..."

Ötən əsrin 90-cı illərində ABŞ-a mühacirət etmiş rusiyalı kimyəvi silah mütəxəssisi, Böyük Britaniyanın Solsberi şəhərində keçmiş rusiyalı casus, QRU polkovniki Sergey Skripalın və qızının zəhərlənməsi üçün istifadə olunan "Noviçok" kimyəvi silahı işləyib hazırlayanlardan biri Vil Mirzəyanovon yeni ölümlərin ola biləcəyi haqda xəbərdarlıq edib.

Virtualaz.org xəbər verir ki, Mirzəyanov BBC rus xidmətinə istinadən bildirib ki, əsəb sistemini iflic edən "Noviçok" maddəsi ilə bağlı Britaniya hökumətinin gördüyü ehtiyat tədbirləri yetərli deyil. Çünki bu maddənin hissəcikləri insan orqanizmi ilə təmas edibsə, onu dərhal yox, bir müddət sonra da öldürə bilər.

Bundan əvvəl Britaniya hökuməti Skripalın və qızının zəhərəndiyi yerin yaxınlığında olan şəxslərə paltarlarını yumağa, yuyulması mümkün olmayan əşyaları yandırmağa çağırıb. Mirzəyanov deyir ki, bu tədbirlər kifayət deyil. Çünki hadisə yerində kimyəvi mühafizə kostyumunda işləyən mütəxəssislərə təhlükə yoxdur, amma sadə insanların həyatına real təhdid var. "Həmin adamları hökmən klinik şəraitdə müayinə etmək və bir müddət orada, müşahidə altında saxlamaq lazımdır. Təəsüf ki, bu maddə bir müddət sonra hərəkətə keçə bilir", - Mirzəyanov bildirir.

Bu dəhəştli kimyəvi silahın hazırlanmasında iştirak edən erməni alimin dediyinə görə, "Noviçok"un hissəcikləri insan dərisinə çökə və sonradan sakitcə orqanizmə keçərək ölümə səbəb ola bilər. Onun sözlərinə görə, Solsberidə hansısa formada bu maddənin hissəcikləri ilə təmasda olanların hamısı təhlükə altınddır.

Xatırladaq ki, Skripalın və qızının zəhərləndiyi yerdə 22 nəfər özünü pis hiss edib və həkimə müraciət etməli olub, hadisə yerinə birinci gələn polis əməkdaşı isə ağır vəziyyətdə xəstəxanadadır.

Mirzəyanovun bildirdiyinə görə, zəhərlə təmasda olan insanların paltarlarını yandırması təhlükəni böyüdə bilər, çünki bu zaman hissəciklər tüstü ilə atmosferə yayılacaq. O, əşyaların yandırılmasının xüsusi kameralarda həyata keçirilməli olduğunu deyib. Mirzəyanov əlavə edib ki, "Noviçok"a və əsəb sistemini iflic edən digər vasitələrə qarşı müalicə metodları yetərli deyil.

Mizəyanovun dediklərini 1995-ci ildə Rusiyada "Rosbiznesbank"ın prezidenti İvani Kivildinin ölümü də təsdiq edir. O, rəsmi adı "Foliant-232" olan həmin kimyəvi maddə ilə zəhərlənib. Maddəni kimsə bankirin iş otağında onun telefonunun dəstəyinə sürtüb. Kivildi özünü pis hiss edib, katibəsi bilmədən həmin telefonla təcili yardım çağırıb. Bankir tezliklə xəstəxanada ölüb, ardınca katibəsi keçinib. Kivildinin meyitini yaran pataloqoanatom isə ekspertizadan ay yarım sonra ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm