Kabildə partlayış - Ölənlər və yaralanan var
Bizi izləyin

Dünya

Kabildə partlayış - Ölənlər və yaralanan var

Əfqanıstanın paytaxtı Kabildə əldəqayırma partlayıcı qurğunun parladılması nəticəsində azı iki dinc sakin həlak olub.

Publika.az xəbər verir ki, hadisə yerli vaxtla saat 07:00-da Paqman rayonunda baş verib. Daxili İşlər Nazirliyinin rəsmi nümayədəsi Nüsrət Rahimi bildirib ki, hadisə zamanı azı 1 nəfər xəsarət alıb.

Ölkə ərazisindəki terror qruplaşmalarından hələ heç biri partlayışa görə məsuliyyəti üzərinə götürməyib. Hücumun hədəfinin kim olduğu da hələ məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm