Gülən hərəkatına qarşı xüsusi komanda yaradıldı
Bizi izləyin

Dünya

Gülən hərəkatına qarşı xüsusi komanda yaradıldı

Gülən hərəkatına qarşı xüsusi komanda yaradıldı

Ankara Respublika Baş Prokurorluğu Konstitutsional Cinayətlər Şöbəsi Gülən hərəkatına qarşı açılan istintaq işində çox vacib bir addım atıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 17-25 dekabr çevrilişinə cəhdinin haradan maliyyələşdiyini öyrənmək üçün geniş araşdırma başlanıb.

Hərəkatın maliyyə qaynağını müəyyən etmək məqsədi ilə Maliyyə Cinayətlərinin Araşdırma Qurumunda (MASAK) xüsusi komanda yaradılıb. Gülən hərəkatına maliyyə yardımı göstərən onlarla şirkət, təhsil müəssisəsi və nəşriyyat təsbit edilib. Ankara Terrorla Mübarizə Şöbəsində qurulan xüsusi komanda isə hərəkatın lideri və onu idarə edənlərin kimlərdən ibarət olduğunu araşdırıb. Bununla da Gülən hərəkatına qarşı açılan istintaqda sonuncu mərhələ başlanıb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm