ABŞ-da silsilə partlayışlar: yaralananlar var
Bizi izləyin

Dünya

ABŞ-da silsilə partlayışlar: yaralananlar var

ABŞ-ın Texas ştatında baş vermiş partlayş nəticəsində iki nəfər yaralanıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, insident ştatın Ostin şəhərində baş verib.

KMOV telekanalı bir-birinin ardınca iki partlayışın baş verdiyini iddia edir.

Şəhərin təcili tibbi yardım xidməti, öz növbəsində, 2 nəfərin ciddi xəsarət alnması ilə nəticələnən cəmi bir insidentin baş verdiyini təsdiqləyib. Yaralıların həyatına təhlükə olmadığı bildirilir.

Ştatın qubernatoru silsilə partlayışlar törətmiş şəxs və ya şəxslər barədə doğru məlumatın verilməsinə görə 15000 dollar həcmində mükafat vəd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm