“Bakı Qarabağda sülhməramlıların yerləşdirilməsi üçün xahiş edəcək” - İddia
Bizi izləyin

Dünya

“Bakı Qarabağda sülhməramlıların yerləşdirilməsi üçün xahiş edəcək” - İddia

“Bakı Qarabağda sülhməramlıların yerləşdirilməsi üçün xahiş edəcək” - İddia

Xəbər verildiyi kimi, Rusiya xarici işlər naziri Sergey Lavrov və baş nazirin müavini, Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının sədri Dmitri Roqozin iyun ayının 17-də Azərbaycana gələcək.

Publika.az-ın verdiyi xəbərə görə, erməni mətbuatı səfərlə bağlı maraqlı bir iddia irəli sürüb.

Erməni jurnalist Naira Ayrumyan iddia edir ki, səfər zamanı Azərbaycana növbəti silah partiyasının çatdırılması barədə bəyanatlar verilə bilər. Onun sözlərinə görə, Azərbaycanın Rusiyaya rəsmən Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi xahişi ilə Kremlə müraciət etməsi mümkündür. N.Ayrumyanın fikrincə, Azərbaycan və Rusiya erməni əsgərlərini öldürəcək ki, Moskvaya belə bir xahişlə məhz Ermənistan müraciət etsin.

“Serj Sarkisyan Astana görüşündən istifadə edə bilmədi. O, Rusiya tərəfindən Azərbaycanın silahlandırılması barədə bəyanat verməli idi. Onun susması formalaşan Rusiya-Azərbaycan ittifaqı qarşısında acizliyinin etirafı idi”, - erməni jurnalist bildirir.

ABŞ-ın 907-ci düzəlişlə 1992-ci ildən Azərbaycana silah satışına qadağa qoyduğunu qeyd edən N.Ayrumyan eyni qərarın Rusiya tərəfindən qəbul olunmadığını diqqətə çatdırır: “Əksinə, Moskva var gücü ilə Azərbaycanı silahlandırır”.

“Ermənistanın gözləmə və sürünərək geri çəkilmə diplomatiyası diqqət çəkir. Son bir ay ərzində demək olar ki, hər gün sərhəddə gənc uşaqlar məhv olur”, - deyə sonda N.Ayrumyan qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm