Türk Ordusu Afrində terrorçuların 40 illik arzusunu MƏHV ETDİ - 5 ÖLÜMCÜL MƏQAM
Bizi izləyin

Dünya

Türk Ordusu Afrində terrorçuların 40 illik arzusunu MƏHV ETDİ - 5 ÖLÜMCÜL MƏQAM

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Afrin şəhərində birgə həyata keçirdiyi “Zeytun budağı” hərəkatı 57-ci günündə hədəfinə çatıb. TSQ və ASO şəhərin mərkəzinə daxil olub və PKK/YPG/PYD, İŞİD terror təşkilatlarının bölgədəki hakimiyyətinə ciddi zərbə vurulub.

Hərəkat çərçivəsində 3603 terrorçu zərərsizləşdirilib.

PKK-nın bu qədər itki verməsinə rəğmən, Afrində sonadək müqavimət göstərməsi hər kəsin maraq dairəsindədir.

Publika.az bir neçə variantda Afrinin terrorçular üçün əhəmiyyətini təqdim edir.

Afrin hərəkatının Türkiyənin lehinə tamamlanması, şübhəsiz, Suriya-İraq-Türkiyə və İranda konfederativ bir quruluş yaratmağı hədəfləyən PKK terror təşkilatını çətin bir prosesə sürüklədi. PKK-nın və onun “müqəddəs” lideri Abdullah Öcalanın təxminən 40 ildir planında saxladığı Afrini bu qədər itki verməsinə rəğmən, əlində tutmaq istəməsinin bir neçə səbəbi ola bilər:

1. PKK Suriyada qazandığı və bu günə qədər gətirib çıxarmağı bacardığı “qanuni hədəflərini” itirmək istəmədi. PYD və Amerikanın bölgəyə daxil olması ilə birlikdə “Suriya Demokratik Qüvvələri” adı altında hərəkət edən PKK, xüsusilə, Suriyada müharibənin başlaması ilə birlikdə beynəlxalq səviyyədə “qanuni güc” kimi təqdim olundu. Beləliklə, bu terror təşkilatı Afrindəki fəaliyyətləri sonrası, bəlkə də, qurulduğundan bəri heç bir zaman qazanmadığı statusu əldə etdi.

2. Afrini itirdikdən sonra PKK-nın Suriya və İraqda qazandığı “biz alternativ qüvvəyik” təəssüratı darmadağın olacaq. Fəratın şərqində belə varlığını qorumaq bu terror təşkilatı üçün yetərli olmayacaq.

3. PKK-nın Afrindəki varlığı strateji baxımdan Türkiyənin əhatələnməsini ehtiva edirdi. PKK bu yolla bir neçə xətt quraraq Aralıq dənizinə çıxmaq niyyətində idi. Afrini itirmək Aralıq dənizinə çıxışı çətinləşdirdi. Bu durum planlaşdırılan hədəfləri dərindən sarsacaq.

4. Afrini itirməsi ilə birgə PKK Suriyadakı digər dini və etnik qrupların hamisi olmaq şansını itirdi.

5. PKK Rusiya və Suriya rejiminin varlığı səbəbilə bölgədəki fəaliyyətlərini məhdudlaşdırmaq məcburiyyətində qalacaq. Daha öncə bu rejimlərin təsiri olsa da, PKK PYD-nin dəstəyilə bölgədə istədiyi kimi hərəkət edib, strategiyasını həyata keçirə bilirdi. Təşkilat PYD vasitəsilə Fəratın şərqində ABŞ, Suriyanın qərbində Şam hökuməti və Rusiya ilə əlaqə qururdu. Afrini itirməsilə şərqə çəkilən PKK bu fəaliyyətlərindən də məhurm qalacaq. Fəratın şərqində qala bilmək üçün ABŞ-a daha çox bağlanacaq və onun siyasəti ilə hərəkət etməyə məcbur olacaq.

Məhz bu səbəblərdən dolayı Afrin bəsit bir torpaq sahəsi deyildi. Afrinin PKK-dan təmizlənməsi terrorçulartın sonunu gətirəcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm