Amerika kəşfiyyatı haqda ŞOK İDDİA: məxfi əlaqə kanalı ilə...
Bizi izləyin

Dünya

Amerika kəşfiyyatı haqda ŞOK İDDİA: məxfi əlaqə kanalı ilə...

ABŞ-ın kəşfiyyat idarələri Şimali Koreya ilə informasiyanın ötürülməsi mümkün olan qeyri-rəsmi əlaqəni qurublar.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda anonim Amerika məmurlarına istinadən “CBS News” telekanalı bildirib.

Telekanalın həmsöhbətləri bildiriblər ki, bu istiqamətdə əsas səyləri Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) göstərir. Telekanal qeyd edir ki, bu yaxınlarda dövlət katibi postuna irəli çəkilən MKİ-nin direktoru Mayk Pompeo da məxfi kanallar üzrə aparılan “sakit diplomatiya”nı dəstəkləyir.

Daha əvvəl yayılan məlumata görə, ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşməyə razılaşıb. Görüşün2018-ci ilin mayın sonuna kimi keçirləcəyi gözlənilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm