Putinə qələbəni o dövlət qazandırdı – Mətbuat katibindən ŞOK ETİRAF
Bizi izləyin

Dünya

Putinə qələbəni o dövlət qazandırdı – Mətbuat katibindən ŞOK ETİRAF

Böyük Britaniya Rusiyada prezident seçkilərində Vladimir Putinin qələbəsində öz rolunu oynadı.

Publika.az xəbər verir ki, bu haqda Vladimir Putinin seçki qərargahının mətbuat katibi Andrey Kondraşova istinadən “The Times” nəşri bildirib.

Onun sözlərinə görə, “Skripal işi” ilə əlaqədar Londonun Moskvaya qarşı addımları rusiyalılar arasında hiddət doğurdu və Putinə gözləniləndən daha yüksək dəstəyi təmin etdi. Vladimir Putinin seçki qərargahının mətbuat katibi həmçinin qeyd edib ki, əsassız ittihamlar Rusiya xalqını “güc mərkəzi”nin ətrafında birləşdirdi.

“Güc mərkəzi, sözsüz ki, bu gün Putindir. Britaniyaya təşəkkür edirik ki, seçkilərə belə fəallığı təmin etdi. Bunu özümüz belə arzulamırdıq”, - Kondraşov deyib.

Qeyd edək ki, Rusiyada martın 18-də president seçkiləri keçirilib. 65 yaşlı Vladimir Putin ilkin məlumatlara görə, 76 faizdən çox səs toplayıb. Seçici fəallığı isə 60 faizdən yuxarı olub.

Xatırladaq ki, martın 4-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Sergey Skripal və onun qızı Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

London Sergey Skripal və qızının zəhərlənməsində birbaşa Rusiyanı ittiham edib və 23 Rusiya diplomatının deportasiya edilməsinə qərar verib.

Dünən isə Britaniyanın Xarici İşlər Nazirliyinin başçısı Boris Conson bildirib ki, Kreml SSRİ-nin dağılması vaxtlarından sinir-iflic maddəsinin yeni ehtiyatlarını yaradırdı. Ekspertlərin sözlərinə görə, bu bəyanat kimyəvi silahlar üzrə müşahidə orqanının Rusiya laboratoriyalarında yoxlamalar keçirməsinə dair tələbin göstəricisi ola bilər.

Qeyd edək ki, Rusiya ordusunun polkovniki Böyük Britaniyanın xeyrinə casusluğa görə 2004-cü ildə həbs edilmişdi. Onu xəyanətdə ittiham etdilər: güman edilir ki, Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidməti (MI6) ona Qərbdə işləmiş rus agentlərinin ifşa edilməsinin əvəzində pul ödəyib. İstintaqın nəticələrinə görə, Skripal Britaniya kəşfiyyatı tərəfindən əməkdaşlığa hələ 1995-ci ildə cəlb edilmişdi. Rusiya hakimiyyətinin versiyasına görə, hətta işdən çıxarılandan sonra da sabiq kəşfiyyatçı məxfi məlumatları verməyə davam edirdi. O, məlumatları keçmiş iş yoldaşları vasitəsilə əldə edirdi.

Skripal öz günahını etiraf edib. Bütün rütbələrindən məhrum etməklə onu 13 il azadlıqdan məhrum etdilər.

Amma 2010-cu ildə Skripal Avstriya aeroportunda həyata keçirilən casusların genişmiqyaslı mübadiləsinin iştirakçısı olub. O, ABŞ-da saxlanılmış 4 Rusiya agenti ilə dəyişilmişdi. Skripala Böyük Britaniyaya köçməyə icazə verdilər. 66 yaşlı rusiyalı bazar gününə qədər sakit həyat tərzi sürürdü.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm