Putin sirr kimi saxlayırdı - Bilmədən ağzından QAÇIRTDI
Bizi izləyin

Dünya

Putin sirr kimi saxlayırdı - Bilmədən ağzından QAÇIRTDI

Rusiyada martın 18-də keçirilən və Vladimir Putinin mütləq qələbəsi ilə nəticələnən prezident seçkiləri Suriyada neçə rus hərbçisinin də olduğunu ortaya çıxarıb.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, müdafiə nazirinin müavini Nikolay Pankov Suriyada olan bütün hərbçilərin səslərini Putinin lehinə verdiyini açıqlayıb.

“Xmeymim və Tartus bazalarında, həmçinin paytaxt Dəməşqdə keçirilən səsvermə zamanı seçki qutularına 2954 bülleten atılıb. Suriya torpaqlarında xidmət edən hərbçilərimizin 99 faizi səsvermə hüququndan istifadə edib. Seçki qutularına atılan 2954 büllütenin hamısında Putin işarələnib. Beləliklə, Suriyadakı bütün hərbçilər Vladimir Putinə səs verdilər”, - o deyib.

Qeyd edək ki, Vladimir Putin 2017-ci il dekabrın 11-də Rusiya güclərinə Suriyadan çəkilmə əmri verəndə bu ölkədə 30-45 min arasında rus hərbçisinin olduğu təxmin edilirdi. Rusiya Suriyada hərbi əməliyyatlara başladığı 2015-ci ildən bu yana heç vaxt bu ölkədəki hərbçilərin sayı haqqında açıqlama verməyib. Suriyada döyüşən Rusiya hərbçilərinin sayı barədə də dəqiq məlumat yoxdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm