ABŞ terrorçuların liderlərini təxliyə edib - ŞOK İDDİA
Bizi izləyin

Dünya

ABŞ terrorçuların liderlərini təxliyə edib - ŞOK İDDİA

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın helikopterləri İŞİD terror qruplaşmasının liderlərini Suriyanın şimali-şərqində yerləşən Qamışlı şəhərinin ətrafından təxliyə ediblər.

Publika.az xəbər verir ki, bu haqda şəxsi mənbəyə istinadən Suriyanın SANA dövlət agentliyi bildirib.

Bildirilir ki, üç helikopter Türkiyə sərhədinin yaxınlığında enib və İraq mənşəli 4 döyüşçünü götürərək naməlum istiqamətdə uçub.

Qeyd edək ki bu, ABŞ-ın İŞİD döyüşçülərini təxliyyə etdiyi barədə ilk xəbər deyil. Dekabrda Suriya KİV-i yazırdı ki, koalisiya hökumət güclərinin hücuma keçdiyi ərazilərdəki döyüşçülərə oranı tərk etməyə kömək edir. Xüsusi halda, Deyr-ez-Zor vilayətinin şimal rayonlarından terrorçuların təxliyyəsi haqqında bildirilirdi.

SANA agentliyinin məlumatına görə, şəhərdən qaçmış terrorçular “Suriya Demokratik Gücləri” adını daşıyan güclərə qoşulublar.

Noyabrda Meyadin şəhərinin sakinləri “RİA-Novosti” agentliyinə bildiriblər ki, Amerika helikopterləri şəhərin azad edilməsinə az qalmış İŞİD-in xarici ölkələrin vətəndaşları olan komandirlərini təxliyyə edirdilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm