Terrorçuların XAİN HÜCUMU: 3 şəhid, 4 yaralı
Bizi izləyin

Dünya

Terrorçuların XAİN HÜCUMU: 3 şəhid, 4 yaralı

Türkiyənin Diyarbakır və Bitlis şəhərlərində biri hərbçi olmaqla üç nəfər şəhid olub.

Publika.az xəbər verir ki, PKK terror təşkilatının silahlıları polis şöbəsinə doğru hərəkət edən mülki avtomobilə atəş açıblar. Nəticədə uzman çavuş Sergen Çakmak və könüllü təhlükəsizlik qoruyucusu Yasettin Opçin şəhid olub.

Bitlis rayonunun Kayalıbağ kəndində isə PKK terrorçularının odun toplayan mülki vətəndaşlara atəş açması nəticəsində bir nəfər həyatını itirib, 4 nəfər də yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm