Türkiyə bu fotolarla insanlıq dərsi verdi - QÜRURVERİCİ GÖRÜNTÜLƏR
Bizi izləyin

Dünya

Türkiyə bu fotolarla insanlıq dərsi verdi - QÜRURVERİCİ GÖRÜNTÜLƏR

“Zeytun budağı” əməliyyatının gedişatında martın 18-də Suriyanın Afrin şəhərini PYD/YPG terrorçularından təmizləyən Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu təhlükəsizlik işlərini davam etdirir.

Publika.az “Milliyyət” nəşrinə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri şəhərin əməliyyatdan sonrakı görüntülərini paylaşıb.

Fotoların altında yazılan “Mülki və günahsız insanlar, ətraf mühit, tarixi əsərlər, dini və mədəni tikililər Türkiyə Silahlı Qüvvələri üçün toxunulmazdır” sözləri diqqət çəkir. Havadan çəkilən fotolar Suriya və İraqda həyata keçirilən anti-terror əməliyyatlarından sonra çəkilən fotolarla müqayisə edilib.

Afrindən paylaşılan fotolar Türkiyə Silahlı Qüvvələrinin dünyaya verdiyi bir mesajı və insanlıq dərsi kimi qiymətləndirilə bilər.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm