Moqerini: “Aİ İranla nüvə razılaşmasını qorumaq niyyətindədir”
Bizi izləyin

Dünya

Moqerini: “Aİ İranla nüvə razılaşmasını qorumaq niyyətindədir”

Avropa İttifaqı İranla razılaşmasını qətiyyətlə qorumaq niyyətindədir, ittifaqa üzv ölkələrin xarici işlər nazirlərinin görüşü bu vahid mövqeni bir daha nümayiş etdirdi.

Bunu Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Moqerini bəyan edib.

“Nüvə razılaşmasının qorunması üzrə danışıqlar masasının arxasında birlik gördüm. Biz əlimizdən gələni etməliyik ki, bütün tərəflər sazişin yerinə yetirilməsinə sadiq qalsın”, deyə F.Moqerini qeyd edib.

O təsdiqləyib ki, danışıqlarda İrana qarşı əlavə sanksiyalar tətbiqi məsələsi qaldırılmayıb.

İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və "altılıq ölkələri" - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir. 2017-ci ildə ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni strategiyanı elan edib. D.Tramp İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib. O, gələcəkdə razılaşmanın pozulmasını istisna etməyib. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm