Əsəd Türkiyəni BOMBALADI - VİDEO
Bizi izləyin

Dünya

Əsəd Türkiyəni BOMBALADI - VİDEO

Əsəd rejimi gecə saatlarında Hatayda yerləşən polis məntəqəsini raket atəşinə tutub.

Publika.az xəbər verir ki, Hatayın Hammut tepe adlanan ərazisi yaxınlığına atılan raketlər nəticəsində bölgədəki əsgərlərdən biri yüngül xəsarətlər alıb.

Araşdırmalar nəticəsində raketlərin Əsəd qüvvələrinə aid bölgələrdən atıldığı təsbit edilib.

Bundan başqa, Suriyada Əsəd rejiminin nəzarət etdiyi bölgədən atıldığı müəyyən edilən mərminin Bəşər Əsəd qüvvələrinə aid olduğunu təsdiqləyən daha bir məqam isə bu raketlərin yalnız onların əlində olmasıdır. Belə ki, rejim bu raketlərdən Şərq istiqamətini və xüsusilə də Hələbi intensiv olaraq atəşə tutub. Mütəxəssislər raketin Rus mənşəli Tochka-U (Scarab-B) Taktik Balistik Mərmi (TBM) olduğunu bildirib. Bu növ raketlər isə maksimum 120 km məsafəni, 26 km hündürlüyə və 95 metrlik hədəfi vurma dəyərinə sahibir. Raket Suriya rejiminin inventarında var.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm