Yasenyuk söz verdi: “Biz Rusiyanın…”
Bizi izləyin

Dünya

Yasenyuk söz verdi: “Biz Rusiyanın…”

Yasenyuk söz verdi: “Biz Rusiyanın…”

“Biz Rusiyanın himayə etdiyi banditizm və terrorizmi məhv edəcəyik”.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Ukraynanın baş naziri Arseniy Yasenyuk Ali Radada bugünkü çıxışında deyib.

Baş nazir Luqansk və Donetsk vilayətlərinin tezliklə separatçılardan azad ediləcəyini bildirib.

Qeyd edək ki, ötən gecə Ukrayna Silahlı Qüvvələrinin aviasiyası Luqansk vilayətində separatçıların mövqelərinə hava zərbələri endirib. Hava zərbələri nəticəsində separatçıların 2 hərbi bazası, 3 yük maşını və 1 zirehli texnikası (BTR) məhv edilib. Hərbi ekspert yük maşınlarında 12,7 kalibrli “Utes” pulemyotlarının olduğu bildirilir.

Dünən isə Ukrayna daxili işlər naziri Arsen Avakovun məsləhətçisi Anton Qeraşenko Rusiyadan Ukraynaya keçməyə cəhd edən hərbi texnika karvanlarının havadan endirilən zərbələrlə məhv ediləcəyi barədə xəbərdarlıq etmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm