Dünya
Ərdoğandan Trampa ÇAĞIRIŞ: "Cəsarəti varsa..."
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha Suriyanın Menbic bölgəsinin PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizlənəcəyini bəyan edib.
R. T. Ərdoğan PYD/YPG terrorçularının və ABŞ əsgərlərinin Menbicdən çıxmayacağı barədə ABŞ Dövlət Departamenti və Pentaqon sözçülərinin bəyanatına sərt reaksiya verib.
Türkiyə prezidenti bildirib ki, ABŞ əsgərlərinin ümumiyyətlə, Menbicdə olmağa haqqı yoxdur: ABŞ-ın əsgərlərinin Menbicdən çıxmayacağını bəyan edirlər. ABŞ-ın Menbicdən çıxmağı bir kənara, ABŞ-ın ümumiyyətlə, orada olmağa haqqı yoxdur. 11-12 min kilometrdən bura niyə gəlirsən? Bu torpaqlar sənindir? Bu torpaqlarla nə əlaqən var? ABŞ o torpaqlara PYD/YPG terrorçularını yerləşdirib, oradan ərəbləri qovdu. Türkiyə Menbic başda olmaqla, sərhədində terror təhdidi aradan qaldırılana qədər dayanmayacaq. Biz bu yola baş qoyduq. Kimin cəsarəti varsa, buyursun, meydana çıxsın. Mən artıq ABŞ prezidenti Donald Trampdan həddini aşan bu bəyanatların qarşısını kəsməsini gözləyirəm. Medianın kölgəsində verilən bəyanatlarla biz bu işi apara bilmərik".
Türkiyə prezidenti son dövrlər PKK terrorçularının fəallaşdığı İraqın Sincar bölgəsinin də terrorçulardan təmizlənməli olduğunu vurğulayıb: "Əgər İraq hökuməti bu yerləri terrorçulardan təmizləməyəcəksə, biz Sincarı PKK-dan təmizləyərik". (apa)
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO