Tələbəsi ilə intim münasibətdə olan 24 yaşlı müəllimə SAXLANILDI - - FOTO
Bizi izləyin

Dünya

Tələbəsi ilə intim münasibətdə olan 24 yaşlı müəllimə SAXLANILDI - - FOTO

Tələbələri ilə intim münasibətdə olan 24 yaşlı İspan dili müəllimi saxlanılıb.

Publika.az xəbər verir ki, Amerikanın Texas ştatından 3 fərqli tələbəsi ilə cinsi əlaqəyə girdiyi iddia edilən 24 yaşlı Aresli Sauseda həbs edilib. Çalışdığı təhsil müəssisəsində müəllimlərdən biri onun tələbələri ilə intim münasibətdə olduğundan şübhələnərək polisə xəbər verib. Polis tərəfindən məsələ araşdırıldıqdan sonra məlum olub ki, qadın 14, 16, 18 yaşlarında 3 ayrı tələbəsi ilə cinsi əlaqəyə girib.

Polisə ifadəsində qadın 16 yaşlı tələbəsi ilə birlikdə olduğunu etiraf edib. İstintaqın sonunda müəllimənin daha 2 tələbəsi ilə yaxın münasibətdə olması təsdiqlənib.

Həbs ediləcəyindən qorxan qadın saxlandığı polis məntəqəsindən qaçıb. Axtarış nəticəsində qadın Meksika sərhədlərinə keçmək istəyərkən Texas polisi tərəfindən saxlanılıb.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm