Türkiyədə təyyarə qəzaya uğradı: pilot öldü - YENİLƏNDİ
Bizi izləyin

Region

Türkiyədə təyyarə qəzaya uğradı: pilot öldü - YENİLƏNDİ

Türkiyənin Nevşehir şəhərində qəzaya uğrayan “F-16” qırıcı təyyarəsinin pilotu həlak olub.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahının nümayəndəsi məlumat yayıb. Qəzadan sonra əməliyyat–axtarış tədbirləri nəticəsində təyyarənin qalıqları və pilotun meyiti aşkar olunub.

***

Türkiyənin Nevşehir bölgəsində Gülşehir rayonu ərazisində hərbi təyyarə qəzaya uğrayıb.

Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.

Türkiyə Silahlı Qüvvələrindən verilən açıqlamada F-16 qırıcısının təlim zamanı qəzaya uğradığını bildirib.

Xəsarət alanlar barədə məlumat yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm