Britaniyalı diplomatlar Rusiyadan qovuldu
Bizi izləyin

Dünya

Britaniyalı diplomatlar Rusiyadan qovuldu

Rusiyadan deportasiya edilən Böyük Britaniya diplomatları səfirlikdən ayrılıb.

Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, 23 diplomat ailəsi ilə birlikdə Rusiyanı tərk edib.

Qeyd edək ki, Böyük Britaniya diplomatlarının deportasiyası Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovnikı Sergey Skripalın zəhərlənməsi işi üzrə Londonun Moskvaya qarşı atdığı addımlara cavabdır.

Xatırladaq ki, martın 4-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Sergey Skripal və onun qızı Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

London Sergey Skripal və qızının zəhərlənməsində birbaşa Rusiyanı ittiham edib və martın 14-də 23 Rusiya diplomatının deportasiya edilməsinə qərar verib.

Martın 18-də isə Britaniyanın Xarici İşlər Nazirliyinin başçısı Boris Conson bildirib ki, Kreml SSRİ-nin dağılması vaxtlarından sinir-iflic maddəsinin yeni ehtiyatlarını yaradırdı. Ekspertlərin sözlərinə görə, bu bəyanat kimyəvi silahlar üzrə müşahidə orqanının Rusiya laboratoriyalarının yoxlamalar keçirməsinə dair tələbin göstəricisi ola bilər.

Qeyd edək ki, Rusiya ordusunun polkovniki Böyük Britaniyanın xeyrinə casusluğa görə 2004-cü ildə həbs edilmişdi. Onu xəyanətdə ittiham etdilər: güman edilir ki, Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidməti (MI6) ona Qərbdə işləmiş rus agentlərinin ifşa edilməsinin əvəzində pul ödəyib. İstintaqın nəticələrinə görə, Skripal Britaniya kəşfiyyatı tərəfindən əməkdaşlığa hələ 1995-ci ildə cəlb edilmişdi. Rusiya hakimiyyətinin versiyasına görə, hətta işdən çıxarılandan sonra da sabiq kəşfiyyatçı məxfi məlumatları verməyə davam edirdi. O, məlumatları keçmiş iş yoldaşları vasitəsilə əldə edirdi.

Skripal öz günahını etiraf edib. Bütün rütbələrindən məhrum etməklə onu 13 il azadlıqdan məhrum etdilər.

Amma 2010-cu ildə Skripal Avstriya aeroportunda həyata keçirilən casusların genişmiqyaslı mübadiləsinin iştirakçısı olub. O, ABŞ-da saxlanılmış 4 Rusiya agenti ilə dəyişilmişdi. Skripala Böyük Britaniyaya köçməyə icazə verdilər. 66 yaşlı rusiyalı bazar gününə qədər sakit həyat tərzi sürürdü.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm